Arda Turandan fədakarlıq
Türkiyə millisinin futbolçusu Arda Turan zədəli olmasına baxmayaraq, "Avro-2016"nın seçmə mərhələsində Çexiya ilə matçda oynaya bilər.

Sağ ayağının bud nahiyəsində ağrıları olan 27 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada iştirak etmək istədiyini deyib:

"Çexiya ilə matç bizim üçün çox önəmlidir. Buna görə də bu görüşdə oynamaq istəyirəm. Ancaq son qərarı baş məşqçi Fatih Terim verəcək. Mən meydanda olmağı arzu edirəm. Çünki Çexiya ciddi və güclü rəqibdir".

A.Turan türk azarkeşləri onlara dəstək olmağa da çağırıb: "Azarkeş dəstəyinə ehtiyacımız var. Onlar səbirli olsunlar. Çünki biz çətin durumlarda yaxşı nəticələr əldə edə bilən komandayıq. Azarkeşlərin dəstəyi ilə qələbə qazanacağımıza inanıram".

Qeyd edək ki, Türkiyə - Çexiya oyunu sabah keçiriləcək.

Xəbər 863 dəfə oxundu.