Riberi məşqlərə başladı
"Bavariya"nın futbolçusu Frank Riberi komanda ilə ümumi məşqlərə başlayıb.

Bir müddətdir zədə səbəbindən matçlarda iştirak etməyən 31 yaşlı yarımmüdafiəçinin Çempionlar Liqasında "Roma" ilə görüşə kimi tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, F.Riberi ÇL-də "Mançester Siti" ilə oyun öncəsi zədələnib.

Xəbər 755 dəfə oxundu.