Millimizin açıq məşqi olacaq
Millimizin "AVRO-2016"nın seçmə mərhələsinin səfərdə İtaliya ilə oyunu öncəsi açıq məşqi olacaq.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu gün – oktyabrın 9-da, yerli vaxtla 16:00-da “Centro Universitano Sportivo Palermo/CUS Palermo” stadionunda keçiriləcək Azərbaycan milli komandasının məşqində azarkeşlər və mətbuat nümayəndələri iştirak edəcək. Millimizin hazırlığının ilk 20 dəqiqəsi onlar üçün açıq olacaq.

Xəbər 776 dəfə oxundu.