"Balotelliyə yalnız özü kömək edə bilər" - Mançini
"Mançester Siti" və "İnter" klubunun keçmiş baş məşqçisi Roberto Mançini sabiq futbolçusu Mario Balotelli haqda danışıb.

İtaliyalı mütəxəssis "Football İtalia"ya açıqlamasında hazırda yaxşı formada olmayan Balotelliyə yalnız özünün kömək edə biləcəyini bildirib:

"Balotelli yaxşı insandır. "Liverpul" özünü göstərməsi üçün son şansdır. Onunla tez-tez əlaqə saxlayıram. Balotelliyə yalnız özü kömək edə bilər. O da mənə "Liverpul"da daha çox qol vurmaq istədiyini bildirib".

Xəbər 780 dəfə oxundu.