Alveş "Barselona"nı "Çelsi"yə dəyişə bilər
"Barselona"dan ayrılacağı iddia olunan Daniel Alveş yeni mövsümdən "Çelsi"də çıxış edə bilər.

London təmsilçisi braziliyalı futbolçunun xidmətində maraqlıdır.

Alveşin daha öncə yeni mövsümdən İngiltərə Premyer Liqasında oynamaq istədiyini açıqlaması "Çelsi" klubunu hərəkətə keçirib. Komandada braziliyalı futbolçulardan Oskar, Villian və Ramiresin də Alveşin "Çelsi"ni seçməsini məsləhət gördükləri bildirilir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2008-ci ildə "Sevilya"dan "Barselona"ya transfer olunub.

Xəbər 778 dəfə oxundu.