"Kavani üçün ən yaxşısı PSJ-dən getməkdir" - Suares
İspaniya millisinin sabiq futbolçusu Luis Suares PSJ-nin hücumçusu Edinson Kavani haqda danışıb.

79 yaşlı mütəxəssis "France Football"a açıqlamasında uruqvaylı futbolçunun PSJ-dən ayrılmasının daha məqsədəuyğun olduğunu bildirib:

"Kavani yaxşı futbolçudur. Lakin o, İbrahimoviçlə mübarizə aparmağa məcburdur. Bəzən mümkün olan hər şeyi etmək istəyirsən, amma çətinliklə üzləşirsən. Düşünürəm ki, Kavani və PSJ üçün ən yaxşı futbolçunun oradan ayrılmasıdır. Çünki İbrahimoviç çox güclüdür".

Qeyd edək ki, Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə transfer olunub.

Xəbər 908 dəfə oxundu.