"Mançester Yunayted"i çalışdırmaq istəyirəm" - Ferdinand
"Kvins Park Reyncers" klubunun müdafiəçisi Rio Ferdinand gələcək karyerası haqda danışıb.

Təcrübəli futbolçu karyerasını başa vurduqdan sonra baş məşqçi işləmək istədiyini bildirib:

"Karyeramı başa vuran kimi baş məşqçi işləməyim üçün mənə lisenziya verəcəklərinə inanacaq qədər ağılsız deyiləm. Ancaq hər zaman işləyəcəyim sahədə ən yaxşı olmağa çalışmışam. Bu mənada "Mançester Yunayted" kimi böyük klubları çalışdırmaq istəyirəm".

Qeyd edək ki, Ferdinand 2002-2014-cü illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.

Xəbər 839 dəfə oxundu.