Şahmat üzrə paytaxt yarışı keçirilib

Dekabrın 14-dən 16-na qədər Qaradağ Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ Rayon Gənclər və İdman İdarəsi ilə birgə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş yeniyetmələr arasında şahmat turniri keçirilib. 4 yaş qruppu üzrə keçirilən yarışlarda 82 nəfər iştirak edib. Yekun nəticələrə görə 1999-2001-ci illər təvəllüdlü uşaqlar arasında birinci yeri Rəşad Mehdiyev tutub. 2002-2005-ci illər təvəllüdlülərdə ən yüksək nəticəni İzzət Quliyev əldə edib. Əsgərov Əli 2006-2007-ci illər təvəllüdlü şahmatçılar arasında ilk yerə sahib olub. Qızlar arasında yarışda isə 2005-2007-ci illər təvəllüdlü şahmatçılar iştirak ediblər. Bu yaş qrupunda ən yüksək nəticəni Xuraman Ağayeva göstərib.

Xəbər 1060 dəfə oxundu.