Ronaldo 60 illik rekordu təkrarladı
"Real"ın futbolçusu Kriştiano Ronaldo La Liqa tarixininin 60 illik rekordunu təkrarlayıb.

Son olaraq, 5-ci turda "Vilyareal"la matçda fərqlənən 29 yaşlı futbolçu cari mövsümdə ölkə çempionatında vurduğu qolların sayını 10-a yüksəldib. Bununla da o, 60 ildən sonra 5 oyuna 10 qol vuran ilk futbolçu olub.

Bundan əvvəl 1953-cü ildə Ladislav Kubala və 1954-cü ildə Manuel Fernandes (Paunyo) bu uğuru təkrarlayıb. Ancaq hər iki futbolçu cari mövsümü bombardir kimi tamamlaya bilməyib.

Xəbər 845 dəfə oxundu.