“Yaxşıların yaxşısı – 2011” mükafatı sahiblərinə təqdim olundu

20 dekabr 2011-ci il tarixdə "Kempinski" Hotelində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2011-ci ilin yekunlarına dair "Yaxşıların Yaxşısı - 2011" mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazir müavinləri İsmayıl İsmayılov, İntiqam Babayev, aparatın rəhbəri Fuad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse- prezidenti Xəzər İsayev, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova, eləcə də, qeyri-hökümət təşkilatları, tələbə gənclər təşkilatları, idman federasiyaları, kütləvi informasiya vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunub.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, Azərbaycanda gənclər sahəsində geridə qoyduğumuz ildə böyük uğurlar əldə olunub, ölkəmiz 40 mötəbər turnirə ev sahibliyi edib və idmançılarımız 700-dən çox medal qazanıblar. Natiq həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən danışıb.

Sonra isə Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hüseynova çıxış edərək Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən uğurlu işlərdən danışıb.

Tədbirdə il ərzində gənclər və idman sahəsində fərqlənmiş bir qrup fəal gənc, idmançılar, qeyri-hökümət təşkilatları, tələbə gənclər təşkilatları, kütləvi informasiya vasitələrinin nümayəndələri, federasiyalar və həmçinin mədəniyyət sahəsində fəaliyyət göstərən gənclər "Yaxşıların yaxşısı - 2011" mükafatı və diplomları ilə təltif olunublar.

Tədbir konsert proqramı ilə davam edıb.

Xəbər 2617 dəfə oxundu.