"Qarabağ"ın rəqibinin liderlik mübarizəsi
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" klubu bu gecə Fransa Liqasında növbəti matçına çıxacaq. Kristof Qaltyenin komandası 7-ci turda evdə "Bordo"nu qəbul edəcək.

Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların dueli maraqla gözlənilir. Bu görüşdə qələbə qazanan komanda "Marsel"lə birgə çempionatın şərikli lideri olacaq. Oyun Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, "Sent-Etyen" 6 turdan sonra 13 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


Xəbər 921 dəfə oxundu.