"Barselona"nın futbolçusu "Mançester Yunayted"ə qayıdır
"Barselona" klubunun müdafiəçisi Jerar Pike yenidən İngiltərəyə qayıda bilər.

İspaniyalı futbolçunun sabiq komandası "Mançester Yunayted"ə qayıdacağı iddia olunur.

Müdafiə xəttində problemlər yaşayan Mançester təmsilçisinin baş məşqçisi Lui van Qal bu boşluğu Pike ilə doldurmağı planlaşdırır. 27 yaşlı futbolçunun da "Mançester Yunayted"in təklifini müsbət qarşıladığı bildirilir. Lakin Pikenin dünyaca məşhur, müğənni həyat yoldaşı Şakira futbolçunun "Barselona"dan ayrılmasına qarşı çıxdığı bildirilir.

Qeyd edək ki, "Barselona"nın aşağı yaş qrupu üzrə komandasından transfer edilən Pike "Mançester Yunayted"də istənilən oyunu sərgiləyə bilməmişdi. Belədə futbolçu 2008-ci ildə yenidən "Barselona"ya qayıtmalı olmuşdu.

Xəbər 807 dəfə oxundu.