Cavadov və Hacıyev qol vurdu, "Qaziantep BB" mərhələ adladı
Millimizin futbolçuları Vaqif Cavadov və Rəhman Hacıyevin şərəfini qoruduğu "Qaziantep BB" Türkiyə kubokunun ikinci turunda növbəti oyununa çıxıb.
"Anadolu Səlcukspor"un qonağı olan "Qaziantep BB" 2:1 hesabı ilə qalib gəlib.

Komandann qolllarını millimizin üzvləri V.Cavadov və Rəhman Hacıyev vurub. C.Cavadov 53-cü, R.Hacıyev isə 70-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, hər iki futbolçu "Qaziantep BB" klubuna bu yay transfer olunub.

Xəbər 917 dəfə oxundu.