“Bavariya” dörd qolla liderliyə yüksəldi
Almaniya Bundesliqasında V turun oyunlarına start verilib. İlk oyun günündə 4 qarşılaşma keçirilib.

Bundesliqanın son qalibi "Bavariya" lider "Paderborn"la qarşılaşıb. Görüş münhenlilərin darmadağını ilə başa çatıb - 4:0. Bununla da “Bavariya” turnir cədvəlində zirvəni ələ keçirib.

“Ayntraxt” “Maynts”la bərabərə qalıb – 2:2.

“Frayburq” səfərdə “Hoffenhaym”a, “Şalke” isə “Verder”ə qalib gəlib.

Xəbər 804 dəfə oxundu.