Avropa Xüsusi Yay Oyunlarında Azərbaycan nümayəndə heyəti iştirak etmişdir
2014-cü il 09-21 sentyabr tarixli müddətində Belçikanın Antverp şəhərində keçirilmiş Avropa Xüsusi Yay Oyunlarında 42 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin 27 nəfəri idmançılardan ibarətdir. İdmançılarımız atletika, badminton, basketbol, cüdo, stolüstü tennis, üzgüçülk növlərində çıxış edərək, aşağıdakı nəticələri göstərmişlər:
ATLETİKA:
1. Əliyev Həsənağa (VI divizion) – 100m qaçış – III yer
- uzununa tullanma – II yer
2. Mustafayev Pərviz (VI divizion) – 100m qaçış – I yer
3. Abdullayeva Aytən (I divizion) – yerindən tullanma – I yer
- 50m qaçış - II yer
- topatma - VI yer
4. Əlipənahova Baharxanım (II divizion) - yerindən tullanma – II yer
- 50 m qaçış – I yer
5. Şeydayev Mehman (I divizion) – 50 m qaçış – VI yer
- topatma – II yer

BADMİNTON:
1. İsmayılov Niyaz (IX divizion) – I yer
2. Musayeva Teyfə (III divizion) – II yer
3. Eyvazov Zaur (III divizion) - II yer

STOLÜSTÜ TENNİS:
Şəxsi yarışlar:
1. Tağıyev Həbib (VI divizion) – II yer
2. Bürciyeva Vüsalə (VI divizion) – II yer

Qarışıq yarışlar:
1. Tağıyev Həbib (VI divizion) – I yer
2. Bürciyeva Vüsalə (VI divizion) – I yer


CÜDO:
1. Həsənov Bəşir (49 kq) – III yer
2. Rəhmanov Elnur (57,5 kq) – I yer
3. Həsənov Əflatun (48 kq) – III yer

ÜZGÜÇÜLÜK:
1. Abbasova Minayə (II divizion) – 50m arxası üstə - V yer
2. Əlı Məhəmməd (IV divizion) – 50 m sərbəst üsul – VII yer
- 50 m arxası üstə - IV yer
3. Hacıməhəmmədov Rudolf (I divizion) – 50 m arxası üstə - III yer

BASKETBOL: (II divizion)
AZE – Yunanıstan – 34 : 36
İtaliya – AZE - 24 : 26
AZE – İtaliya - 45 : 38

I-II yer uğrunda:
AZE – Yunanıstan – 50 : 45
Nəticədə basketbolçularımız I yer tutaraq qızıl medala sahib olmuşlar.

İdmançılarımızın ayrı-ayrı idman növləri üzrə qazandığı medalların sayı:
8 qızıl, 8 gümüş, 4 bürünc.

Xəbər 857 dəfə oxundu.