Samuxda“Mahir Nişançı” güllə atıcılığı üzrə gənclər arası seçim turuna start verdi
Azərbaycan Respublikasi Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun xatirəsinə həsr edilmiş “Mahir Nişançı” güllə atıcılığı üzrə gənclər arası seçim turuna hazırlıq işləri ilə əlaqədar 22.09.2014-cü il tarixdə rayonumuzun qəsəbə və kənd məktəblərinin hərbi hazırlıq müəllimlərinə Samux Gənclər və İdman İdarəsinin akt zalında təlimatlandırıcı seminar-məşğələ keçirilmişdir.
Tədbirdə Polis Şöbəsinin, eyni zamanda, SHXÇDX Samux rayon bölməsinin əməkdaşları iştirak etmişdir. Qarşılıqlı müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbər 1958 dəfə oxundu.