“Bakı Alovları” xeyriyyə aksiyasında

“Bakı Alovları” növbəti xeyriyyə aksiyası keçirib. Komandanın mətbuat xidmətindən idman.com.az saytına verilən xəbərə görə, aksiya çərçivəsində boksçular Xəzər rayonunun Zağulba qəsəbəsində Respublika Uşaq Sanatoriyasına baş çəkiblər. Komandanın nümayəndələri uşaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib və onlara hədiyyələr – oyuncaqlar, şirniyyatlar, meyvələr təqdim ediblər. Uşaqlara küknar ağacı hədiyyə edilib ki, sonra onlar boksçularla birlikdə bu ağacı bəzəyiblər.
Bundan başqa, komandanın adından sanatoriyaya kompüter və böyük LCD televizor hədiyyə edilib. Daha sonra oyunlar və davamlı söhbət aparılıb.

Xəbər 1043 dəfə oxundu.