Şəhər günündə velosiped bayramı | |
Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib. Ardıcıl 4-cü ildir baş tutan yürüşdə müxtəlif yaş qrupuna aid 150-dən artıq həvəskar velosipedçi iştirak edib. Yürüşü izləyənlər arasında Sumqayıt şəhər İH-nin başçısı Eldar Əzizov da olub. İştirakçılar Sumqayıt küçələri ilə 10 km məsafə qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yürüşün qalibləri pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər. |
|
Xəbər 788 dəfə oxundu. |
|
|