Voleybolçularımız Yaponiya millisi ilə qarşılaşacaq | |
Voleybolçu qadınlardan ibarət milli komandamız uzun müddətli hazırlıqlardan sonra, sabah dünya çempionatında ilk görüşünü keçirəcək. İdman.com.az saytı xəbər verir ki, som təlim-məşqlərini başa vuran yığmamız 3-cü dəfə planetin ən güclülərinin yarışının iştirakçısı olur. “D” qrupunda mübarizə aparan komandamız ilk olaraq Yaponiya millisi ilə qarşılaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Millimiz Yaponiya, Çin, Porte Rika, Belçika, Kuba komandaları ilə bir qrupda mübarizə aparacaq. Qrup mərhələsində birinci 4 komanda növbəti mərhələyə yüksələcəkdir. Qızlarımız Italyanın Bari şəhərində oynayacaqlar. 23.09.2014. 20:00. Yaponiya – Azərbaycan 24.09.2014. 13:30. Çin – Azərbaycan 25.09.2014. 13:30. Porte Rika – Azərbaycan 27. 09. 2014. 13:30. Azərbaycan – Belçika 28.09.2014. 13:30. Azərbaycan – Kuba |
|
Xəbər 984 dəfə oxundu. |
|
|