“Rabitə” əvəz çıxdı

Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında II dövrəyə start verilib. İdman.com.az saytının məlumatına görə, IV turda Azərbaycan çempionu “Rabitə” Türkiyənin “Fənərbağça” klubunu qəbil edib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilmiş matçda son dünya çempionları bir həftə öncə İstanbuldakı məğlubiyyətin əvəzini çıxıb.
Hərəyə 9 xal toplayan “Fənərbağça” və “Rabitə” qrupda şərikli liderliklərini davam etdirirlər.

20 dekabr

IV tur

“B” qrupu
“Rabitə” (Azərbaycan) – “Fənərbağça” (Türkiyə) - 3:1 (25:27, 27:25, 25:20, 25:17)
Hakimlər: Harald Sodja (Avstriya), Viktor Kozlovski (Ukrayna)

Xəbər 959 dəfə oxundu.