Stolüstü tennisçilərimiz Avropa komanda çempionatında iştirak edəcək
24-28 sentyabr tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində stolüstü tennis üzrə Avropa komanda çempionatı keçiriləcəkdir. Yarışda milli komandamızın3 kişi və 3 qadından ibarət 6 üzvü mübarizə aparacaq. İdmançılarımıza baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudov rəhbərlik edəcəklər. İdman tədbirinə 42 kişi və 37 qadın komandası qatılacaqdır. Kişi komandamızın yer aldığı 3-cü divizionda 11, qadınlardan ibarət komandamızın qərarlaşdığı 2-ci divizionda 16 komanda çıxış edəcəkdir.

Xəbər 988 dəfə oxundu.