Rupert Ueynrayt “Bakı-2020” ilə bağlı videoçarx çəkir
2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini verən Bakı bu gündən rəsmən təbliğata başlayacaq və bu möhtəşəm yarışın loqosu təqdim olunacaq. İdman.com.az saytının xəbərinə görə, bu barədə mediya nümayəndələrinə dünən keçirilmiş brifinqdə Bakı-2020-nin icraçı-direktoru Könül Nurullayeva məlumat deyib. O bildirib ki, ölkəmizlə bağlı çarxları çəkmək üçün Hollivuddan məşhur rejissor Rupert Ueynrayt Azərbaycana dəvət edilib: “Bizim mini filmlər, roliklərin çəkilişi Ueynraytın rəhbərlik etdiyi şirkət tərəfindən aparılır. Hazırda çəkilişlər çox uğurlu gedir. Şirkətin nümayəndələrini Bakının müxtəlif görməli yerlərinə, hətta rayonlara da göndərmişik ki, hər şey əla alınsın. Bununla yanaşı, digər təbliğat işlərinin aparılması da nəzərimizdədir və buna uyğun işlər görülür”.
Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlər arasında paytaxtımızla yanaşı, Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) da namizəddir.

Xəbər 1066 dəfə oxundu.