UEFA final oyunlarının məkanını açıqladı
[19.09.2014]
2015/2016 mövsümündə avrokubokların final oyunlarının keçiriləcəyi məkanlar müəyyənləşib. Çempionlar Liqasının həlledici görüşünə Milan ev sahibliyi edəcək. Mayın 28-də oynanılacaq qarşılaşma “Cüzeppe Meattsa” stadionunda keçiriləcək. Avropa Liqasının finalı isə, İsveçrənin “Sent Yakob Park” stadionunda oynanılacaq.
UEFA Superkuboku isə, avqustun 9-da Norveçin Tronheym şəhəri ev sahibliyi edəcək. Qarşılaşma isə, “Lerkendal” stadionunda oynanılacaq.

Xəbər 848 dəfə oxundu.