"Qrupun autsayderiyik" – "Sent-Etyen"in prezidenti
[18.09.2014]
Avropa Liqasının qrup mərhələsində bu gün Bakıda "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubunun prezidenti Rolan Romeyer qarşıdakı oyunla bağlı danışıb. Klub prezidenti Fransa mətbuatına açıqlamasında komandasını kağız üzərində üçüncü pillədə gördüyünü bildirib:
"Qarabağ"la görüşdə sərfəli nəticə qazanmağa çalışacağıq. Hərçənd, qrupun autsayderi olduğumuzu düşünürəm. "İnter" və "Dnepr" bizimlə müqayisədə daha varlı klublardır. Ancaq şans bizim tərəfimizdə də ola bilər. Kağız üzərində komandamı üçüncü pillədə görürəm. Artıq oynamaq vaxtıdır. Növbəti mərhələyə yüksəlmək şansımız var. "Qarabağ"la oyunda qol vurub, yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sent-Etyen" oyunu bu gün, saat 21:00-da başlayacaq.

Xəbər 737 dəfə oxundu.