"Roma" - CSKA matçında insident
[18.09.2014
Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Roma" - ÇSKA (Moskva) matçından sonra insident yaşanıb.
Matç bitən kimi qarşılaşmanın oynanıldığı Romanın "Olimpiya" stadionunun ətrafında hər iki komandanın azarkeşləri arasında dava düşüb.
Bunun nəticəsində bir rusiyalı azarkeş bıçaqlanıb, digəri isə, başından yaralanıb. Onların müalicə olunduğu bildirilib.
Qeyd edək ki, "Roma" - ÇSKA matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 782 dəfə oxundu.