"Qrupumuzda güclü rəqabət var" - Qvardiola
[18.09.2014]
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib.
Təcrübəli mütəxəssis komandasının oyunundan razı qaldığını deyib: "Güclü rəqibə qarşı bir neçə dəfə qol epizodları yaratdıq. Görüşün ilk dəqiqələrində topa sahip olmaqda çətinlik çəkdik. "Mançester Siti" mükəmməl oynadı".
Qvardiola bildirib ki, qrupdan kimin çıxacağını son matça qədər bilmək olmaz: "Bu oyundan əvvəl futbolçularıma qrupdan çıxacağımıza əmin olmadığımı söylədim. Son oyunumuz ÇSKA ilə olacaq. Bu qrupda güclü rəqabət var. "Mançester Siti"yə qalib gələrək, şanslarımızı artırdıq".

Xəbər 791 dəfə oxundu.