"Bavariya" və "Barselona" qalib gəldi, "Çelsi" büdrədi
[18.09.2014]
Bu gün Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulub.
İkinci oyun gününə daha 8 qarşılaşma nəzərdə tutulub. E qrupunda “Bavariya” “Mançester Siti”ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. “Roma” isə Moskva CSKA-sını sınağa çəkib. “Canavarlar” doğma meydanda Rusliya klubunu 5:1 hesabı ilə məğlub edib.
F qrupunda “Barselona” öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşıb və minimal hesabla qalib gəlib – 1:0 Qrupun digər oyununda PSJ və “Ayaks” komandaları üz-üzə gəlib.
G qrupunda “Çelsi” doğma meydanda “Şalke”ni sınağa çəkib. Mourinyonun komandası hesabı açsa da, sona qədər üstünlüyünü qoruya bilməyib – 1:1. Qrupun digər matçında “Maribor” və “Sportinq” klubları üz-üzə gəliblər. Bu oyunda da qalb bəlli olmayıb- 1:1. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
H qrupunda isə “Portu” BATE-ni darmadağın edib – 6:0. “Atletik” (Bilbao) - Donetsk “Şaxtyor” matçında isə hesab açılmayıb.


Xəbər 705 dəfə oxundu.