Uilşir yenə zədələndi
[17.09.2014]
"Arsenal" klubunun yarımmüdafiəçisi Cek Uilşir yenidən zədələnib. İngilis futbolçu Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" (Dortmund) klubu ilə səfər matçında (0:2) zədə alıb. Topuğundan zədələnən gənc futbolçunun nə qədər müddətə sıradan çıxdığı hələlik məlum deyil. Qeyd edək ki, Uilşir topuğundan aldığı zədə səbəbindən karyerası ərzində 17 ay yaşıl meydanlardan kənarda qalıb.

Xəbər 1000 dəfə oxundu.