Ronaldo Messini geridə qoydu
[17.09.2014]
"Real"ın futbolçusu Kriştiano Ronaldo Lionel Messini geridə qoyub.
Belə ki, portuqaliyalı hücumçu dünən Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda fərqlənib və bu turnirdə vurduğu qolların sayını 68-ə yüksəldib.
Bununla da, Lionel Messini (67 qol) geridə qoyan Ronaldo ÇL-in tarixində ən çox qol vuran ikinci futbolçu olub. Qeyd edək ki, bu siyahının ilk pilləsində 71 qolla "Real"ın sabiq futbolçusu Raul Qonzales durur.

Xəbər 884 dəfə oxundu.