"Sent-Etyen" 19 futbolçu ilə Bakıya gəlir
[17.09.2014]
Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah "Qarabağ"ın qonağı olacaq "Sent-Etyen" klubu Bakıya bu gün gələcək. Fransa təmsilçisinin baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyunda 19 futbolçunun xidmətindən yararlanacaq.
Bakıya gələn futbolçular sırasında Türkiyə yığmasının üzvü Mevlut Ərdinç də var. Zədədən əziyyət çəkən Loik Perren və Romen Amuma paytaxtımıza gətirilməyəcək.
Qapıçılar: 16. Stefan Ruffier, 30. Jessi Moulin, 1. Baptist Valletta
Müdafiəçilər: 26. Mustafa Bayal Sall, 20. Conatan Brison, 19. Florentin Poqba, 23. Paul Baysse, 29. François Klerk, Jerrold Nyemek
Yarımmüdafiəçilər: 10. Renaud Çohade, 18. Fabien Lemoine, 6. Jeremi Klement, 8. Benjamin Korqnet, 28. İsmail Diomande
Hücumçular: 9. Mevlut Ərdinç, 22. Kevin Monnet-Paket, 11. Yohan Mollo, 12. Allan Sent-Maksimin, 7. Maks-Alain Qradel

Xəbər 781 dəfə oxundu.