“Tour of China-2014” sona yaxınlaşır
Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşünün 2-ci bölümünün 2-ci mərhələsi də arxada qalıb. 5 mərhələdən ibarət bu hissədə iştirakçılar bu dəfə 140 km məsafə qət ediblər.

“Synergy Baku” komandasının üzvlərinin hamısı finiş xəttini liderlə eyni vaxtda keçən (03:06:12) pelotonun içərisində olublar və fotofinişə əsasən ən yaxşı göstəriciyə Maykl Şvayzer imza atıb – 15-ci yer. Ümumi təsnifata gəlincə, Metyu Bremmier liderə 15 saniyə uduzmaqla 11-ci yerdədir. Komanda hesabında “Synergy Baku” 22 kollektiv arasında 7-ci mövqedə qərarlaşır.

Bü gün yarışda istirahət günüdür. Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 143 km məsafə qət edəcəklər. Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Xəbər 817 dəfə oxundu.