"Çox çətin qrupa düşmüşük" - Mourinyo
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri haqda danışıb.

Klubun rəsmi saytına danışan portuqaliyalı mütəxəssis çox çətin qrupa düşdüklərini bildirib:

"Çox çətin qrupa düşmüşük. Hərçənd çoxları belə düşünmür. "Sportinq" Portuqaliyanın ən güclü üç klubundan biridir. "Şalke" ötən mövsümlə müqayisədə xeyli artırıb. "Maribor"un oyununu hələ görməmişəm. Onlarla gec qarşılaşacağıq, ancaq ümumilikdə qrupdakı oyunlarımız asan keçməyək. Çempionlar Liqasının ilk dörd matçından sonra Premyer Liqada "Mançester Siti", "Arsenal", "Mançester Yunayted" və "Liverpul"la qarşılaşacağıq. Bu mənada bizi çətin imtahan gözləyir".

Qeyd edək ki, "Çelsi" G qrupunda "Şalke" (Almaniya), "Sportinq" (Portuqaliya) və "Maribor" (Sloveniya) klubları ilə mübarizə aparacaq.

Xəbər 802 dəfə oxundu.