"Bavariya"nın futbolçusu uzun müddətə sıradan çıxdı
"Bavariya" klubu ciddi itki ilə üzləşib.

Almaniya bundesliqasında "Ştuttqart"la matça zədələnən Holqer Badştuberin durumunun ciddi olduğu müəyyənləşib.

Almaniyalı müdafiəçinin dizindən əməliyyat olunacağı və uzun müddət futbol oynamayacağı açıqlanıb.

Qeyd edək ki,H.Badştuber 2012/2013 mövsümündə də zədələndiyi üçün əməliyyat olunub və ötən mövsüm yaşıl meydanlara qayıdıb.

Xəbər 984 dəfə oxundu.