Reynaldo və Flavinyodan yubiley qolları
Azərbaycan Premyer Liqasının 5-ci turu “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo və “Qarabağ”ın hücumçusu Reynaldonun yubiley qolları ilə əlamətdar olub.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Xəzər Lənkəran”la qarşılaşmada komandasının qələbə qolunu vuran Flavinyo Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib.

AZAL-la matçda 3:0 hesablı qələbəyə 1 qolla töhvə verən Reynaldo isə bu göstəricidə 25-ə çatıb. Braziliyalılar yubiley qolları ilə Premyer Liqada ən çox qol vuran legionerlərin siyahısında irəliləyiblər. Flavinyo uruqvaylı Valter Quqlemonla birlikdə 14-cü, Reynaldo isə Robertas Poşkus və Zohair Benouahi ilə 20-ci yerə şərikdir.

“Neftçi”nin yarımmüdafiəçisi braziliyalılar arasında 3-cüdür. O, yalnız Leandro Qomeş (41) və Junivan Suaresdən (40) geri qalır. “Qarabağ”lı isə bu 3 həmyerlisindən başqa, Junior Nildo (29) və Fabio Luis Ramimdən (27) sonra 6-cıdır. Hər iki braziliyalı bütün qollarını öz klubunun heyətində vurub. Onlar bu komandaların tarixində çempionatda ən çox fərqlənən 10-luğa daxildir. Reynaldo bu siyahıda 8-ci, Flavinyo 9-cudur.

Xəbər 974 dəfə oxundu.