"Sumqayıt"dan daha bir transfer | |
Azərbaycan Premyer Liqasının növbəti turunda "Bakı" ilə qarşılaşacaq "Sumqayıt" klubu növbəti futbolçunu heyətinə qatıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev Sumqayıt təmsilçisi ilə bir illik müqavilə imzalayıb. 28 yaşlı futbolçu "Sumqayıt"da 86 nömrəli formanı geyinəcək. |
|
Xəbər 775 dəfə oxundu. |
|
|