Çindən 1 gümüş, 2 bürünc medalla qayıtdılar

Çində keçirilən “Sport Accord” Dünya İntellektual Oyunlarına yekun vurulub. İştirakçılar proqrama uyğun olaraq sonuncu gündə gözübağlı sürətli şahmat üzrə qüvvələrini sınayıblar. Maraqlı keçən görüşlərdən sonra Vüqar Həşimov 5 xal toplayıb. O, Maksim Vaşye-Laqrav (Fransa) və Zoltan Almaşi (Macarıstan) ilə eyni xal yığmasına baxmayaraq, əlavə göstəricilərə görə bürünc medala layiq görülüb. Yarışda mübarizə aparan digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov isə 3,5 xalla 7-ci olub.
Qeyd edək ki, bundan öncə zəka sahiblərimizdən Həşimov gümüş (rapid), Şəhriyar Məmmədyarov isə bürünc (blits) medal qazanmışdılar.

Xəbər 977 dəfə oxundu.