Dieqo Kosta avqustun ən yaxşı futbolçusu oldu | |
"Çelsi"nin yeni transferi Dieqo Kosta İngiltərədə ilk mükafatını qazanıb. 25 yaşlı hücumçu İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib. D.Kosta bu uğuru komanda yoldaşlarının köməyi ilə qazandığını deyib: "Ötən ayın ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm". Qeyd edək ki, D.Kosta ötən ay oynadığı üç matçda dörd qol vurub. |
|
Xəbər 809 dəfə oxundu. |
|
|