"Qvardiola futboldan zövq almır" - Mourinyo
"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Bavariya"nın çalışdırıcısı Pep Qvardiola haqda danışıb.

Portuqaliyalı mütəxəssis "El Confidencial"a açıqlamasında Qvardiolanın futboldan zövq almadığını iddia edib.

"Həyatda məşğul olduğun hər hansı işdən zövq alırsansa, saçların tökülmür. Qvardiola isə keçəldir, deməli, futboldan zövq almır" - deyə Mourinyo bildirib.

Xəbər 762 dəfə oxundu.