Fabio Kapello Çempionlar Liqasında favoritlərini açıqladı
“Çempionlar Liqasını qazanmağa ən real namizədlər “Bavariya” və “Çelsi”dir. Lakin ispan klublarını da unutmaq olmaz”.

Bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.

İtaliyalı mütəxəsis cari mövsüm Çempionlar Liqasında favorit gördüyü komandalardan danışıb:

“İspan klubları əvvəlki kimi təhlükəlidir. İtalya komandalarına gəlincə, onlar bir qədər güclü klublar qarşısında aciz qalırlar. Biz ötən mövsüm “Atletiko”nu gördük. Bu komandada motivasiya çox yüksəkdir. İspaniyada “Real” kimi güclü komanda da var. Ancaq düşünürəm ki, “Bavariya” və “Çelsi” qeyd etdiyim komandaları üstələyəcək”.

Xəbər 774 dəfə oxundu.