"Fənərbaxça"da növbəti ciddi itki
Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı futbolçularından olan Raul Meyreleş ötən gün məşq zamanı zədələnib.

Əzələsi dartılan portuqaliyalı yarımmüdafiəçi məşqi yarımçıq tərk etməli olub. Onun superliqanın növbəti turunda “Trabzonspor”la oyunu buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Caner Erkin də zədə səbəbindən vacib qarşılaşamada komandasına kömək edə bilməyəcək.

Xəbər 770 dəfə oxundu.