"Qələbə qazanmağa layiq deyildik" | |
Bosniya və Hersoqovina millisinin baş məşqçisi Safet Suşiç "Avro-2016"nın seçmə mərhələsində məğlub olduqları Kiprlə oyunu şərh edib. UEFA-nın rəsmi saytına danışan təcrübəli mütəxəssis komandasının qələbəyə layiq oynamadığını bildirib: "Bu oyunda qələbəyə layiq deyildik. İlk 10 dəqiqədə əla oynadıq və erkən qol vurduq. Lakin bundan sonra bizdə heç nə alınmadı. Belə görünürdü ki, bizi 1:0 hesabı qane edir. Ancaq Kiprlə oyunda bir qol kifayət deyildi. İkinci qolu vurmaq üçün yaratdığımız imkanları boşa verdik. Çox pis gün idi". Qeyd edək ki, "DÇ-2014"ün iştirakçı komandası Bosniya və Hersoqovina millisi "Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində evdə Kiprə uduzub - 1:2. |
|
Xəbər 741 dəfə oxundu. |
|
|