Ronaldo derbidə oynayacaqmı?
"Real"ın zədəli futbolçusu Kriştiano Ronaldo komanda ilə ümumi məşqlərə başlayıb.

Zədəli olduğu üçün İspaniya La Liqasında "Real Sosyedad"la matçda iştirak etməyən və Portuqaliya millisinə çağırılmayan 29 yaşlı futbolçu artıq özünü yaxşı hiss edir. Ronaldonun La Liqada "Atletiko" ilə matçda meydanda olacağı bildirilir.

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sentyabrın 13-ü "Santyaqo Bernabeu" stadionunda keçiriləcək

Xəbər 743 dəfə oxundu.