"Böyük oyun" Əliyar Ağayevə tapşırıldı
Azərbaycan Premyer Liqasının beşinci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

İdman.com.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, maraqla gözlənilən "Neftçi" - Xəzər Lənkəran" matçı Əliyar Ağayevə tapşırılıb.

12 sentyabr (cümə)

“Araz Naxçıvan” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Naxçıvan MR stadionu, 17:30

13 sentyabr (şənbə)

“Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 17:30

“Simurq” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu, 19:00

AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“AZAL Arena”, 21:00

14 sentyabr (bazar)

“Bakı” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 17:30

Xəbər 958 dəfə oxundu.