DÇ-2014: Mariya və Yuliya yarımfinalda / YENİLƏNİR
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışacaq. Yığmamız 3 çəkidə dərəcəsində təmsil olunur.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

48 kq
1/16 final - Yana Rattigan (GBR) - Mariya Stadnik 0:11
1/8 final - Mariya Stadnik - Çun Lei (CHN) 7:0
1/4 final - Mariya Stadnik - Patrisia Bermudez (ARG) 10:0
1/2 final - Mariya Stadnik

60 kq
1/8 final - Malin Yohanna Mattsson (SWE) - Yuliya Ratkeviç 3:4
1/4 final - Kristina Fazzari (CAN) - Yuliya Ratkeviç 4:8
1/2 final - Yuliya Ratkeviç - Taybe Yussein (BUL)

69 kq
1/16 final - Nadya Sementsova - Svetlana Saenko (MDA) 4:1
1/8 final - Erszebet Yets (CAN) - Nadya Sementsova 12:9

Xəbər 785 dəfə oxundu.