Ronaldo "Real"dan gedərsə, o gələcək
"Real" (Madrid) klubu yenidən "Mançester Yunayted"ə qayıdacağı gözlənilən Kriştiano Ronaldoya əvəzləyici tapıb.

"Kral klubu" "Çelsi"nin gənc hücumçusu Eden Hazardı transfer etməyi planlaşdırır.

Bir müddət öncə yenidən İngiltərəyə qayıtmaq istədiyini açıqlayan portuqaliyalı futbolçunun transferi üçün "Mançester Yunayted" klubu 70 milyon avrosundan keçməyə hazırdır. Bu transfer gerçəkləşəcəyi təqdirdə "Real" "Çelsi"nin belçikalı forvardı Hazard üçün "Çelsi"yə 60 milyon avro təklif edəcək.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.

Xəbər 763 dəfə oxundu.