“Bakı” klubu Azərbaycanın futbol brendi seçildi

“Bakı” klubu Azərbaycanın milli brendləri sorğusunu qalib kimi başa vurub. İdman.com.az xəbər verir ki, ann.az saytında keçirilmiş sorğunun nəticələrinə əsasən, ikiqat çempionumuz respondentlərin 46% səsini toplayaraq, Azərbaycanın futbol brendi seçilib. 6399 iştirakçının qatıldığı sorğu 15 oktyabr – 15 dekabr tarixlərində keçirilib. 2927 səs toplayan “zolaqlılar” əsas rəqibi “Neftçi”ni 12 faiz qabaqlayıb.
“Bakı” sorğuda ona etimad göstərərək, ilk pilləyə yüksəldən bütün insanlara təşəkkür edir.

Xəbər 958 dəfə oxundu.