"Bavariya"dan Platiniyə cavab
"Bavariya"nın fəxri prezidenti Karl Haynz Rummenige UEFA prezidenti Mişel Platininin Frank Riberi ilə bağlı açıqlamasına münasibət bildirib.

Klub rəsmisi hər şeyin qaydalar çərçivəsində baş verdiyini deyib:

"Riberi Fransa millisinin baş məşqçisi Didye Deşamla görüşdü və yığmada oynamayacağını bildirdi. Hər şey ardıcıl və qaydalar çərçivəsində baş verib".

Qeyd edək ki, Platini daha öncə verdiyi açıqlamasında Riberinin Fransa millisinin dəvətini qəbul etməyəcəyi təqdirdə futbolçunun klubunda 3 oyunluq cəzalandırılacağını bildirmişdi.

Xəbər 746 dəfə oxundu.