«Bakı Alovları»dan növbəti möhtəşəm qələbə

Dekabrın 17-də “Sərhədçi” Olimpiya-İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turun matçında ölkəmizin «Baku Fires» və Meksikanın «Mexico City Guerreros» komandaları qarşılaşıblar. İdman.com.az saytının məlumatına görə, görüş bizim üçün uğurlu bitib və «Bakı Alovları» 5:0 hesabı ilə qalib gəlib; «B» qrupunda şərtsiz liderliyini qoruyub.
«Baku Fires» növbəti matçını yanvarın 14-də Çində keçirəcək. Rəqib yerli «Beijing Dragons» klubu olacaq. Dünən qrupumuzda daha 2 matç baş tutub: «Istanbul Bosphorus» (Türkiyə) – «Beijing Dragons» (Çin) – 4:1, «Leipzig Leopards» (Almaniya) – «Paris United» (Fransa) – 2:3.

Baku Fires – Mexico City Guerreros – 5:0

54 kq. Qairbəy Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika) –49:46, 46:49, 49:46

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan) – 48:47, 47:48, 49:46

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ) – Mürsəlov 3-cü raundda texniki nokautla qələbə qazanıb
85 kq. Əzəmət Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç) – 48:47, 48:47, 47:48

+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador) – Kuinonyesa Bakıya gec gəldiyinə görə məğlubiyyət verilib


Turnir cədvəli:
1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)

Xəbər 1386 dəfə oxundu.