DÇ-2014: Hacı Əliyev dünya çempionu oldu, Xetaq Qazyumov gümüş medal qazandı - YENİLƏNİB
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı keçirilir.

Çempionatın ikinci günündə 61, 65, 74 və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

61 kq çəki dərəcəsində son Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/16 finaldan qoşulub. Ukraynadan Vasil Şuptar, Polşadan Kristof Bienkovski və Moldovadan Andrey Perpelita üzərində inamlı qələbələr qazanan güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda güclü Kuba güləşçisi ilə gərgin keçən görüşü də öz xeyrinə başa vuran Hacı Dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İran güləşçisi olacaq.

97 kq çəki dərəcəsində Olimpiya Oyunlarının ikiqat bürünc mükafatçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov inamla güləşib və finala finala yüksəlib. Finala qədər Moldovadan Nikolay Ceban, Gürcüstandan Elizbar Odikadze, Monqolustandan Xuderbulqa Dorjxandı, yarımfinalda isə London Olimpiadasının gümüş mükafatçısı Ukrayna güləşçisi Valeriy Andreetsevi mübarizədən kənarlaşdırıb. İkiqat Dünya çempionu olmaq üçün güləşçimiz Rusiya təmsilçisi Abduasalam Qadisovla final görüşünə çıxacaq.

61 kq
1/16 final - Hacı Əliyev - Vasil Şuptar (UKR) 14:2
1/8 final - Kristof Bienkovski (POL) - Hacı Əliyev 0:10
1/4 final - Andrey Perpelita (MDA) - Hacı Əliyev 0:11
1/2 final - Hacı Əliyev - Yovlis Bonne (CUB) 4:2
FİNAL - Məsud Mahmud Esmailpurjuybari (İRİ) - Hacı Əliyev 7:12

65 kq
1/16 final - Məhəmməd Müslümov - Vilson Ndregjoni (ALB) 10:0
1/8 final - Məhəmməd Müslümov - Bazar Bazarquruyev (KGZ) 10:2
1/4 final - Mustafa Kaya (TUR) - Məhəmməd Müslümov 10:0

74 kq
1/16 final - Əşrəf Əliyev - Karmelo Lumia (İTA) 11:1
1/8 final - Alireza Afzalipaimami (İRİ) - Əşrəf Əliyev 4:6
1/4 final - Jumber Kvelaşvili (GEO) - Əşrəf Əliyev 9:5

97 kq
1/16 final - Nikolay Ceban (MDA) - Xetaq Qazyumov 0:6
1/8 final - Xetaq Qazyumov - Elizbar Odikadze (GEO) 2:1
1/4 final - Xuderbulqa Dorjxand (MGL) - Xetaq Qazyumov 0:6
1/2 final - Valeriy Andreetsev (UKR) - Xetaq Qazyumov 1:5
FİNAL - Abdusalam Qadisov (RUS) - Xetaq Qazyumov 2:1


Final qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayıb və İdman Azərbaycan kanalından canlı yayımlanıb.

Xəbər 990 dəfə oxundu.