Paralimpiyaçı cüdoçular böyük uğurla Vətənə dönüblər
Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya komitəsinin cüdo üzrə Milli komandasının idmançıları ABŞ-ın Kolorado Sprinqs şəhərində keçirilən Dünya çempionatında uğurlu çıxış edərək 2016-cı ildə Rio De Janeyroda keçiriləcək XV-ci yay Paralimpiya oyunlarına ilk iki lisenziya qazanıblar və ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

H.Əliyev beynəlxalq hava limanında idmançılarımızı AMPK-nın vitse prezidenti Şaiq Həmidov, AMPK-nın üzvləri və çoxsaylı idmançıları qarşılayıb. Ş. Həmidov başda AMPK-nın prezidenti İlqar Rəhimov olmaqla, bütün rəhbərlik və AMPK-nın üzvləri adından idmançılarımızı təbrik edib və onlara gələcək idman həyatında daha böyük uğurlar arzulayıb.

Xəbər 1118 dəfə oxundu.